“Nərminin cənazəsini evə gətiririk, kimin günahkar olduğunu...” - Qənirə Paşayeva

saytların hazırlanması

Evə çatdırılma

“Nərminin cənazəsini evə gətiririk, kimin günahkar olduğunu...” - Qənirə Paşayeva

Sosial

07 Yanvar 2020 16:40 1556


Ölkə gündəmini 47 gündür itkin düşən Nərminin yandırılaraq evinin yaxınlığına atılması xəbəri silkələyib.

"Yeni Sabah" xəbər verir ki, hal-hazırda Tovuzda olan millət vəkili Qənirə Paşayeva açıqlama verib. O deyib ki, 10 yaşlı Nərminin cəsədinin ekspertiza prosesi artıq başa çatıb: "Gün ərzində Tovuz rayon mərkəzi xəstəxanasında olmuşuq. Artıq ekspertiza işləri bitib. Cənazəni evə gətiririk. Kimin günahkar olduğunu məhkəmə ekspertizasının rəyindən sonra hüquq mühafizə orqanları deyəcək.

Ancaq onu deyə bilərəm ki, bütün güc strukturları, Bakıdan gələn ekspertlər qatilin tapılması üçün əlindən gələni edir. Ümid edirəm ki, qatil tez bir zamanda tapılıb layiq olduğu cəzanı alacaq". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!