Nersisyan “Laçın” postundan belə keçib – Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Nersisyan “Laçın” postundan belə keçib – Özü açıqladı

Hadisə

15 Oktyabr 2023 09:43 5422


Qarabağdakı keçmiş separatçı-terrorçu xuntanın keçmiş "dövlət naziri" Qurgen Nersisyan İrəvana necə gedə bildiyi haqda açıqlama verib.

“Yeni Sabah” Axar.az-a istinadən bildirir ki, Nersisyan erməni mediasına müsahibəsində Ermənistana gedənlər arasında ilklərdən olduğunu dolayısı ilə təsdiqləyib.

O bildirib ki, Azərbaycan sərhədçiləri onu dərhal tanıyıblar və saxlayıblar. Lakin uzunmüddətli danışıqlardan və rus sülhməramlıların xahişindən sonra onun sərbəst buraxılması barədə qərar qəbul ounub. Dördpendirli pizza

O, Ermənistana keçəndən sonra səssiz qalması və gözə dəyməməsinin səbəbinə də aydınlıq gətirib. Bildirib ki, o, sərhəddən keçəndə hələ Qarabağdakı separatçı dəstənin rəhbərləri Xankəndidə imiş, ona görə də İrəvanda olduğu haqda səs-küy yaradıb, digərlərinin sərhədi keçməsinə əngəl olmaq istəməyib.

Nersisyan "bundan sonra nə edəcəksiniz" sualına cavab olaraq ixtisasca hüquqşünas olduğunu deyib: "Öz ixtisasıma uyğun iş tapıb işləyəcəyəm".

Qeyd edək ki, Qurgen Nersisyan azərbaycanlılara qarşı cinayətlərdə iştirak etməyib və o, Azərbaycan Baş Prokurorluğunun axtarış elan etdiyi şəxslər siyahısında da yoxdur. Ona görə onun sərbəst buraxılması qeyri-adi deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!