“Nəsə bu dəfə...” - Canlı efirdə halı pisləşən deputat

saytların hazırlanması

Evə çatdırılma

“Nəsə bu dəfə...” - Canlı efirdə halı pisləşən deputat

Siyasət

18 Yanvar 2025 21:36 355


Hazırda səhhətim yaxşıdır. Bəzən məndə ani olaraq qan təzyiqinin düşməsi halları olur. Nəsə bu dəfə belə halı canlı efirdə yaşadım.

Bu sözləri Teleqraf.com-a açıqlamasında canlı efirdə halı pisləşən Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) deyib.

“Hadisə bu gün səhər olmuşdu. Hər şey qaydasındadır. Hamı maraqlanır, çox sağ olsunlar. İndi yaxşıyam. Keçib getdi”, - deyə o söyləyib. Pepperoni pizza

Qeyd edək ki, bu gün səhər saatlarında "Real TV" nin “Sabaha Elnarə ilə” proqramında deputat Hikmət Babaoğlu və DİN-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev qonaq olan zaman millət vəkilin səhhəti anidən pisləşib. Müzakirələr zamanı deputat Hikmət Babaoğlu aparıcıya özünü pis hiss etdiyini və efirdən çıxmaq məcburiyyətində olduğunu bildirib. Bu səbəbdən yayım dayandırılıb.

Məmmədov Hikmət Babaoğlu 1966-cı ildə Qərbi Azərbaycan (indiki Ermənistan) Amasiya rayonu, Göllü kəndində anadan olub. O, 2008-2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru kimi çalışıb. Hazırda Milli Məclisin deputatıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ÇÜNKİ HƏQİQƏTƏ UYĞUN DANIŞAN DEPUTATLAR DEYİLSƏN. TƏYİN YOX SEÇİLƏN DEPUTAT DEYİLSİNİZ.
    1 year ago