Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək - Fotolar

Hadisə

26 İyun 2021 14:42 983


Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qullquçusu Həsrətov Elməddin Sərdar oğlu sabah Goranboy rayonunda dəfn ediləcək.

Yenisabah.az xəbər verir ki, şəhid iyunun 27-də rayonun Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 27-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. pizza mizza

O, 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb. E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

O, subay idi.

Allah rəhmət etsin!

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!