Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etməyiblər - Mühüm detal

saytların hazırlanması

Evə çatdırılma

Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etməyiblər - Mühüm detal

Hadisə

26 Aprel 2024 02:09 974


Odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib.

Musavat.com-un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallara aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, mərhumun yas mərasimində xanımı və övladları iştirak etməyiblər.

Qeyd edək ki, ölkənin sabiq baş pediatrı Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat yayılıb. Dördpendirli pizza

Məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.

İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlanmır - red.) göstərib. Onun xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!