“Nəsimi ili”ndə sayları artan Nəsimilər

saytların hazırlanması

Evə çatdırılma

“Nəsimi ili”ndə sayları artan Nəsimilər

Sosial

27 Sentyabr 2019 11:31 884


Bu il Azərbaycanda Nəsimi adı qoyulan körpələrin sayı açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari il ərzində 17 uşağa Nəsimi adı qoyulub. Belə ki, ötən ilə nisbətən bu adın qoyulması halları 3.4 faiz artıb. 

Qeyd olunub ki, ümumilikdə, son 5 il ərzində Azərbaycanda 56 uşağa Nəsimi adı qoyulub. 2015-ci ildə 11, 2016-cı ildə 12, 2017-ci ildə 11 və 2018-ci ildə 5 uşağa Nəsimi adı qoyulub. Sezar pizza

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!