Nəsrin Cavadzadə ərə getməməyinin səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Nəsrin Cavadzadə ərə getməməyinin səbəbini açıqladı

Şou

16 Noyabr 2020 11:41 2407


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə evlənməməyinin səbəbini açıqlayıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən 35 yaşlı aktrisa sualı zarafatyana cavablayıb:

"Divalığımın dadını çıxarıram. Evlilik düşünmürəm, çünki mənim kimi divaları xoşbəxt etmək çətindir. Diva olduğum üçün məni razı salmaq çətindir. Dörd pişiyim olduğu üçün ərə getmirəm. Evdə yer yoxdur”. Dördpendirli pizza

Qeyd edək ki, N.Cavadzadə bir neçə gün öncə sevgilisi aktyor Gökhan Alkanla məkanların birində bir araya gəlib. Aktrisa axşam yeməyində valideynlərini Gökhan Alkanla tanış edib. Gökhan Alkan məkandan çıxarkən mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Aktyor Nəsrin Cavadzadə ilə xoşbəxt olduğunu açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!