Nəsrullahı o əvəz edəcək - KİV

saytların hazırlanması

Evə çatdırılma

Nəsrullahı o əvəz edəcək - KİV

Dünya

28 Sentyabr 2024 17:32 492


Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənilir.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Ediot Aqarnot” qəzeti yazıb.

Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. “Hizbullah”ın yüksək vəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən əmisi oğludur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın "ikinci nömrəsi" hesab olunur. Sezar pizza

2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb.

Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan “Məclis əş-Şura”ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin “Cihad Şurası”nın rəhbəri təyin olunub.

O, “Hizbullah”ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir. 2006-cı ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi göstərilib.

2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!