Netanhayu Argentinaya buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Netanhayu Argentinaya buraxılmadı

Siyasət

28 Sentyabr 2025 14:53 394


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ səfərindən sonra Argentinaya getməyi planlaşdırsa da, Argentina Prezidenti Xavyer Miley bu səfərin təxirə salınmasını xahiş edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

Məlumata görə, səbəb olaraq ölkədəki yaxınlaşan parlament seçkiləri və mümkün siyasi fəsadlar göstərilib. Toyuqlu pizza

“Netanyahu hazırda ABŞ-da səfərdədir. O, bazar ertəsi ABŞ Prezidenti Donald Trampla görüşəcək. Bundan sonra isə Buenos-Ayresə səfər etməyi planlaşdırırdı. Lakin Argentina rəhbərliyi bu planı təxirə salıb”, - məlumatda qeyd olunub.

Sərt İsrail tərəfdarı kimi tanınan Miley bu qərarın İsrailə qarşı yönəlmədiyini, sadəcə seçki kampaniyası dövründə xarici liderlərin səfərlərinin məhdudlaşdırılması siyasətinin bir hissəsi olduğunu bildirib.

Argentinada yaxın həftələrdə parlament seçkiləri keçiriləcək və hökumət istənilən siyasi riskdən qaçmağa çalışır./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!