Netanyahu ÇAĞIRIŞ ETDİ - “Şəhəri tərk edin”

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu ÇAĞIRIŞ ETDİ - “Şəhəri tərk edin”

Dünya

08 Sentyabr 2025 22:01 366


İsrail ordusu yaxın vaxtlarda Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma başlayacaq.

Yenisabah.az xəbər verir ki, belə xəbərdarlıqla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.

Onun video-müraciəti hökumət başçısının mətbuat xidməti tərəfindən yayılıb. Sezar pizza

Netanyahu xatırladıb ki, son günlərdə İsrail ordusu Qəzzada bir neçə hündürmərtəbəli binanı məhv edib.

Məlumata görə, HƏMAS bu binalardan hərbi məqsədlərlə istifadə edirdi.

Baş nazirin sözlərinə görə, son iki gündə İsrail Hərbi Hava Qüvvələri Qəzzada 50 hündürmərtəbəli tikilini dağıdıb.

“Bu fürsətdən istifadə edib Qəzza sakinlərinə səslənirəm: diqqətlə qulaq asın, sizi xəbərdar ediblər – oranı tərk edin!” – deyə Netanyahu vurğulayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!