Netanyahu İran rejimini hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu İran rejimini hədələdi

Dünya

24 Fevral 2026 01:34 462


İsrailin Baş naziri Benyamin Netanyahu regional gərginliyin artdığı bir vaxtda İran rejiminə qarşı kəskin bəyanatla çıxış edib.

"Yeni Sabah" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Benyamin Netanyahu bu fikirləri Knessetdəki çıxışı zamanı səsləndirib.

Netanyahu İsrailin müdafiə hazırlığı və qətiyyətini bu sözlərlə ifadə edib: Toyuqlu pizza

"Biz mürəkkəb və gərgin günlər yaşayırıq. Sabahın nə gətirəcəyini heç kim bilmir. Mən ayətullah rejiminə açıq şəkildə bildirdim ki, əgər onlar tarixlərində bəlkə də ən ciddi səhvi edərək İsrailə hücum etsələr, biz onların təsəvvür belə edə bilməyəcəyi güclə cavab verəcəyik".

Bu açıqlama ABŞ-nin yaxın vaxtlarda İrana mümkün zərbələri və Vaşinqtonla Tehranın nüvə proqramı üzrə danışıqlarına İsrail tərəfinin skeptik yanaşması fonunda səsləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!