Netanyahu Qətərə zərbəyə görə üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu Qətərə zərbəyə görə üzr istədi

Dünya

29 Sentyabr 2025 21:18 334


İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə telefon danışığında sentyabrın 9-da Dohada Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə hücum edərək ölkənin suverenliyini pozduğuna görə üzr istəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Televiziyasının 12-ci kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrailin baş naziri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdən qətərli həmkarına zəng edib. Söhbət zamanı Netanyahu Qətər təhlükəsizlik zabitinin hücumda həlak olmasından təəssüfləndiyini bildirib./Oxu.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!