Netanyahudan İran xalqına: “Ölkəniz düşünüldüyündən tez azad olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Netanyahudan İran xalqına: “Ölkəniz düşünüldüyündən tez azad olacaq”

Siyasət

13 Dekabr 2024 00:22 507


İsrailin Baş naziri Binyamin Netanyahu birbaşa İran xalqına videomüraciət edərək, ölkəsinin bütün qonşuları ilə sülhə nail olmağa çalışdığını və onların arasında azad İranı görmək istədiyini bildirib. Bununla belə, o əlavə edib ki, bu, tezliklə - çoxlarının düşündüyündən tez baş verə bilər.

Yenisabah.az xəbər verir ki, videomüraciət Netanyahunun “X” səhifəsində yerləşdirilib.

“Mən açıq şəkildə demək istəyirəm: İsrail sülh istəyir, biz həqiqətən sülh istəyən hər kəslə sülhün tərəfdarıyıq. Mən şübhə etmirəm ki, siz İran xalqı bunu bilirsiniz. Bilirəm ki, biz sizinlə sülh istəyirik, siz də bizimlə sülh istəyirsiniz, ancaq sizə zülm edən və bizi təhdid edən bir rejim altında əziyyət çəkirsiniz. Bu rejimin əslində nədən qorxduğunu bilirsinizmi? O, sizdən, İran xalqından qorxur. Bir gün bunun dəyişəcəyini bilirəm, bir gün İran azad olacaq. Dominos pizza

Qadınlar, həyat, azadlıq - bu, İranın gələcəyidir, bu, dinc gələcəkdir və mən şübhə etmirəm ki, biz bu gələcəyi birlikdə və çoxlarının düşündüyündən də tez həyata keçirəcəyik. Mən bilirəm və inanıram ki, biz Yaxın Şərqi firavanlıq, tərəqqi və sülh qalasına çevirəcəyik”, - siyasətçi əlavə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!