Netanyahunun arvadından İranla bağlı şok paylaşım  

saytların hazırlanması

Evə çatdırılma

Netanyahunun arvadından İranla bağlı şok paylaşım  

Dünya

23 İyun 2025 16:30 5096


İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu sosial şəbəkədə İran xalqına ünvanlanmış emosional paylaşım edib.

O, ərinin tez-tez səsləndirdiyi fikirlərə istinad edərək, İran xalqına dərin hörmət və anlayış mesajı verib:

“Həyat yoldaşım, Baş nazir Netanyahunun tez-tez dediyi kimi: Dominos pizza

Siz, İran xalqı, möhtəşəm bir mədəniyyətin varislərisiniz – istedadlı və nailiyyətli bir millət, zəngin tarixə maliksiniz.

Biz sizin düşməniniz deyilik.

Bizim mübarizəmiz sizi əsarət altında saxlayan zalım rejimlədir, sizinlə yox.

Biz xalqlarımız arasında sülhə, azadlığa və dostluğa əsaslanan gələcəyə inanırıq.”

Paylaşım qısa zamanda sosial mediada geniş yayılıb və müxtəlif reaksiyalara səbəb olub.(musavat)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!