Netanyahunun evində İran kamerası quraşdırılıb? - Əcaib iddia

saytların hazırlanması

Evə çatdırılma

Netanyahunun evində İran kamerası quraşdırılıb? - Əcaib iddia

Dünya

30 İyul 2025 12:14 328


"Netanyahunun (İsrail baş naziri - red.) evində İran kamerası quraşdırılıb. Biz heç vaxt Netanyahuya bu qədər yaxın olmamışıq!"

Yenisabah.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Müctəba Zarei “X” sosial şəbəkəsində yazıb.

O, "təcili" qrifi ilə atdığı tvitdə qeyd edib: Pepperoni pizza

"Bu, təhlil deyil, bu birinci əldən xəbərdir! Netanyahunun evində İran kamerası quraşdırılıb. Biz heç vaxt Netanyahuya bu qədər yaxın olmamışıq! İsrail bandasının məskunlaşdığı yerdə heç bir gizli yer yoxdur!

Müctəba Zarei bu tvitinin dərcindən sonra məsələnin təfərrüatları ilə bağlı deyib: "Məsələ sözlə ifadə olunmazdır. Bu nədir ki! Biz sionist rejimə çox-çox yaxınıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!