Netanyahunun köməkçisi casus imiş

saytların hazırlanması

Evə çatdırılma

Netanyahunun köməkçisi casus imiş

Dünya

02 Noyabr 2024 10:23 587


İsrail kəşfiyyat orqanları baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb.

Yenisabah.az “The Times of Israel”ə xəbər verir ki, birgə əməliyyatı polis, ordu və İsrail Baş Təhlükəsizlik Xidməti həyata keçirir.

Şübhəlilər saxlanılaraq istintaqa aparılıb. Səlahiyyətlilər hesab edirlər ki, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi. pizza

“Axios” portalı İsrail rəsmilərinə istinadən bildirib ki, bir neçə şübhəli şəxsdən biri Netanyahunun köməkçisidir.

İsrail baş nazirinin özü də əvvəllə onun ofisindən heç kimin dindirilmədiyini və saxlanılmadığını açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!