Netanyahuya qəsd etmək istəyən qadın: Adı gizli saxlanılır

saytların hazırlanması

Evə çatdırılma

Netanyahuya qəsd etmək istəyən qadın: Adı gizli saxlanılır

Dünya

23 İyul 2025 18:50 419


Təl-Əvivdə baş nazir Benyamin Netanyahuya sui-qəsd hazırlayan şəxs 2 həftə əvvəl həbs edilib.

Yenisabah.az times of israel-ə istinadla xəbər verir ki, İsrail polisi məlumatı bu gün yayıb.

70 yaşlarında olan qadın hökumət əleyhinə etiraz hərəkatında iştirak edən adamlarla sui-qəsd cəhdi barədə danışıqlar aparıb. Onun şəxsiyyəti və ünvanı məhkəmənin verdiyi qərarla gizli saxlanılır. Toyuqlu pizza

Şübhəli son aylarda Netanyahunu öldürməyə cəhd etmək və ya onun qətlinə təhrik etmək iddiası ilə həbs edilən sonuncu israillidir. 2024-cü ildə bir çox şübhəli keçmiş və indiki baş nazirə və digər yüksək vəzifəli şəxslərə sui-qəsd cəhdlərində ittiham edilib.

Sonuncular Netanyahunu partlayıcı qurğu ilə öldürməyi planlaşdırəb.

"Şin Bet"in istintaqı zamanı qadın ittihamları qismən qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!