“Netflix”də Zelenskinin serialı yayımlanacaq

saytların hazırlanması

Evə çatdırılma

“Netflix”də Zelenskinin serialı yayımlanacaq

Şou

17 Mart 2022 10:20 408


 Ukrayna Prezidenti Volodimir Zelenskinin baş rolunu canlandırdığı “Sluqa naroda" (ingiliscə "Servant of the People” - "Xalqın xidmətçisi") serialı “Netflix”də yayımlanacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkət sosial şəbəkə hesablarında məlumat verib.

Serialın yayım hüququnu “Netflix” 2016-cı ildə alıb. Toyuqlu pizza

Qeyd edək ki, "Xalqın xidmətçisi" efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira janrında çəkilən Ukrayna teleserialıdır. Serial orta məktəbdə işləyən 30 yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) həyatından bəhs edir.

Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz şəkildə korrupsiyaya qarşı ifadələr işlətməsinin videosunu paylaşır. Video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir.

Xatırladaq ki, "Netflix" martın 7-dən etibarən Rusiyada yayımını dayandırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!