Nəyə görə yaş artdıqca zaman sürətlə gedir?

saytların hazırlanması

Evə çatdırılma

Nəyə görə yaş artdıqca zaman sürətlə gedir?

Sosial

24 Mart 2019 19:15 2934


Zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. Bu göstəriciyə yetkin və daha sonra qocalan orqanizmdə iki proses təsir edir. Bizlərdən bir çoxu fikir verib ki, yaş artdıqca zaman daha sürətlə axır. Uşaqlıq vaxtında günlər sonsuz zaman kimi gəlir və həmin vaxtda çoxlu sayda yeni təəssüratlar olur. Yetkin yaşda isə onlar çox sürətlə keçirlər.

Amerikalı fizik Adrian Bejanın nəzəriyyəsinə əsasən bu fenomenin izahını bizim sinir sistemimizin quruluşunda axtarmaq lazımdır.

Alim öz nəzəriyyəsində qeyd edib ki, insanın böyümə prosesi zamanı onun sinir sistemindəki əlaqələr daha qəliz və genişləndirilmiş olurlar. Bu isə o deməkdir ki, sinir impulslarının hissiyyat orqanlarından şüura çatması üçün daha çox zaman lazım olur. Sezar pizza

İnsan qocalan zaman onun neyronları tənəzzülə uğrayır. Bu isə elektrik siqnallarının sürətlərinin aşağı düşməsinə əlavə təsir göstərir. Nəticədə cavan insanların yaşadıqları müəyyən zaman intervalının eynisini yaşayan qoca insanlar daha az sayda yeni obrazlar əldə edirlər. Bu isə zamanın sürətlənməsi kimi anlaşılır. Adrian Bejanın fikrincə bu nəzəriyyənin dolayı sübutu kimi gözlərin hərəkət sürətini misal gətirmək olar. Körpələrin gözləri böyük yaşlı insanların gözlərindən fərqli olaraq daha sürətlə hərəkət edirlər. Alimin fikrincə, ola bilsin ki məhz buna görə yenicə doğulmuş uşaq bir zaman intervalında daha çox məlumatı emal edir.

Ölkə.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!