Neymar 1 milyon dollar cərimələnə bilər

saytların hazırlanması

Evə çatdırılma

Neymar 1 milyon dollar cərimələnə bilər

İdman

23 İyun 2023 15:55 755


PSJ-nin futbolçusu Neymar 1 milyon dollar məbləğində cərimələnə bilər. 

Yenisabah.az xəbər verir ki, bu haqda Fraance24 məlumat yayıb. Forvardının Braziliyada, Rio-de-Janeyrodan 130 kilometr aralıda malikanəsi ətraf mühitin mühafizəsi orqanlarının icazəsi olmadan” tikilib. 

Səlahiyyətlilər müxtəlif ekoloji pozuntular, o cümlədən su yolunun dəyişdirilməsi və suyun icazəsiz çaydan kənara çıxarılması da aşkar ediblər. Onlar həmçinin icazəsiz qazıntı işlərini, icazəsiz çimərlik qumundan istifadəni qeydə alıblar.  Dominos pizza

Buna görə də hücumçunun cərimələnməsi gözlənilir. 

Əraziyə baxış zamanı futbolçunun atası hadisə yerində olub. O, məmurlarla mübahisə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!