Neymar 100 milyon avrodan imtina etdi   – “Barcelona”ya görə

saytların hazırlanması

Evə çatdırılma

Neymar 100 milyon avrodan imtina etdi – “Barcelona”ya görə

İdman

04 May 2020 17:35 1182


PSJ-nin futbolçusu Neymar "Barselona"ya keçmək üçün maaşının azaldılmasına hazırdır.

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, braziliyalı hücumçu Kataloniya klubuna transferini sürətləndirmək üçün PSJ-nin yaxşılaşdırılmış şərtlərlə - 100 milyon avro mükafatla yeni müqavilə təklifini rədd edib.

Qeyd olunub ki, 28 yaşlı oyunçu "Barsa"ya qayıtmaq üçün maaşının 50 faizində imtina etməyə hazırdır. Nəşr yazıb ki, PSJ müqavilənin müddətini uzatmaq istəməyən  Neymarın qiymətini aşağı sala bilər. pizza hut

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!