Neymar 3,3 milyon dollar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Neymar 3,3 milyon dollar cərimələndi

İdman

04 İyul 2023 15:29 1051


PSJ-nin futbolçusu Neymar vətəni Braziliyadakı mülkündə gölməçə yaratdığına görə 3,3 milyon dollar cərimələnib. 

Yenisabah.az xəbər verir ki, futbolçunun torpaq sahəsi Rio-de-Janeyronun cənub sahilində - Manqaratibada yerləşir. Hakimiyyət braziliyalı hücumçunu süni gölməçə və üzgüçülük sahəsi inşa etdiyinə görə 16 milyon real (təxminən 3,3 milyon dollar) cərimələyib. Yerli prokurorluğun məlumatına görə, futbolçu lisenziyasız işə başlayıb və lazımi ekoloji nəzarəti həyata keçirməyib. Bundan əlavə, o, həm də “torpağı köçürmək” və “bitki örtüyünü məhv etmək” maddələri ilə ittiham olunur.

Daha əvvəl yerli təbiəti mühafizə xidmətləri anonim siqnal əsasında Neymarın əmlakını yoxlamış və çaydan suyun icazəsiz çıxarılması da daxil olmaqla ekoloji standartların pozulması hallarının olduğunu bildirmişdi. Bundan sonra onlar da su anbarından və çimmək zonasından istifadəni qadağan etmək qərarına gəliblər, onları lentlə bağlayıb elanlar yerləşdiriblər. Bir neçə gün sonra Neymar qadağaları pozaraq gölməçədə çimdiyi fotolarını sosial şəbəkələrdə yerləşdirib. İndi futbolçunun yerli hakimiyyətin qərarına etiraz etmək üçün 20 günü var.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!