Neymar bu gün “Əl-Hilal“ üçün tibbi müayinədən keçəcək

saytların hazırlanması

Evə çatdırılma

Neymar bu gün “Əl-Hilal“ üçün tibbi müayinədən keçəcək

İdman

14 Avqust 2023 15:28 686


PSJ-nin hücumçusu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməyə yaxındır. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb. 31 yaşlı hücumçu yaxın saatlarda Parisdə tibbi müayinədən keçəcək. Neymarın bu həftə Ər-Riyadda yollanacağı "Əl-Hilal"la müqavilə bağlayacağı gözlənilir. 

Braziliyalı oyunçu "Əl-Hilal"la mövsümlük 100 milyon avro maaşla 2 illik sözləşmə imzalayacaq. Səudiyyə Ərəbistanı təmsilçisi PSJ-yə təxminən eyni məbləğdə təzminat da ödəyəcək. Daha əvvəl bu mövzuda klubların razılığa gəldiyi bildirilirdi.  Dominos pizza

Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Forvard ötən mövsüm 29 oyunda 18 qol vurub, 17 qolun ötürməsini edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!