"Əl-Hilal"ın braziliyalı hücumçusu Neymar peşəkar karyerasının ən yaxşı mərhələsindən danışıb.
Yenisabah.az "RMC Sport"a istinadla xəbər verir ki, 32 yaşlı hücumçu PSJ-də çıxış etdiyi dövrü fərqləndirib:
“Ən yaxşı illərim PSJ-də olub. Amma çox kədərli idi, çünki tez-tez ciddi zədələr alırdım. Bu, məni həqiqətən narahat edirdi. Amma futbol baxımından PSJ-dəki Neymar bütün karyeramın ən yaxşı Neymarıdır”. Dördpendirli pizza
Neymar 2021-2023-cü illərdə PSJ-də oynayıb. Forvard 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. Onun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Telegram kanalımız