Neymar Səudiyyə Ərəbistanını tərk etmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Neymar Səudiyyə Ərəbistanını tərk etmək istəyir

İdman

26 Sentyabr 2023 11:47 515


"Əl-Hilal"ın futbolçusu Neymar Səudiyyə Ərəbistanını tərk edə bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. 31 yaşlı hücumçu 2026-cı ildə keçiriləcək dünya çempionatında iştiraka adekvat hazırlaşmaq üçün mövsümün sonunda Braziliyanın “Santos” klubuna qayıtmaq niyyətindədir. Qeyd olunur ki, Neymarın ətrafı onun "Əl-Hilal" ilə 4 illik deyil, 1 illik müqavilə imzaladığını iddia edir. 

Xəbərdə Neymarın artıq kluba qayıtmaq xahişi ilə "Santos"a şəxsən müraciət etdiyi də bildirilib.  Sezar pizza

Xatırladaq ki, Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçmişdi. Bu mövsüm o, komandada 3 oyun keçirib və 2 qolun ötürməsin verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!