Neymarın nəyi “Barselona“nı qane etmir?

saytların hazırlanması

Evə çatdırılma

Neymarın nəyi “Barselona“nı qane etmir?

İdman

10 İyun 2023 11:50 721


PSJ-nin hücumçusu Neymar sabiq klubu "Barselona"ya qayıtmayacaq.

Yenisabah.az xəbər verir ki, Kataloniya klubu futbolçunun həyat tərzindən narazıdır. Keçidi çətinləşdirən ikinci amil Neymarın tez-tez zədələnməsidir.

Üstəlik, “Barselona” maliyyə feyr-pleyində problemlərə görə braziliyalının qeydiyyatdan keçə biləcəyinə heç bir zəmanət verə bilməz. Dominos pizza

Daha əvvəl Neymarın transferə hazırlaşdığı və bir neçə Premyer Liqa klublarının onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Neymar ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!