Neymarın PSJ-dən gedişi: “Qərar verməli oldum”

saytların hazırlanması

Evə çatdırılma

Neymarın PSJ-dən gedişi: “Qərar verməli oldum”

İdman

19 Dekabr 2024 14:28 523


Braziliyalı məşhur futbolçu Neymar ötən ilin yayında PSJ-dən ayrılaraq "Əl-Hilal"a keçməsinin səbəbini açıqlayıb.

Yenisabah.az "RMC Sport"a istinadla xəbər verir ki, 32 yaşlı forvard Paris təmsilçisinin artıq onu istəmədiyinə görə komandadan ayrıldığını bildirib:

“PSJ-dən ayrılmaq qərarına gəldim. Bundan dərhal sonra “Əl-Hilal”dan təklif aldım. Mən artıq Parisdə xoşbəxt deyildim. Klub və məşqçi məni komandada istəmirdi. Artıq mənimlə bu barədə danışmışdılar, ona görə də qərar verməli oldum. "Əl-Hilal"ın təklifini bəyəndim. Mən bu klubu, yerli mədəniyyəti, çempionatı tanıdım və sevdim”. Toyuqlu pizza

Neymarın "Əl-Hilal"la müqaviləsi 2025-ci ilin iyununa qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!