“Niko özünə gəlib. Reanimasiyadadır. İlk soruşduğu Ruslan oldu. Onun vəfat etdiyindən xəbəri yoxdur”.
Yenisabah.az Sfera-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə onun dostu, rəqqas Ramil Qasımov məlumat yayıb.
O bildirib ki, Nicatın vəziyyəti stabildir: “İnşallah, palataya köçürüləndə yanına gedəcəyik. Deyirlər, ailələr arasında dava düşüb. Elə şeylərə inanmayın, yalan məlumatdır. Allah Ruslana rəhmət eləsin”. pizza
Bir neçə gün əvvəl “Nikosayağı” adı ilə məşhur olan bloger Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
Telegram kanalımız