Niderlandın Ali Məhkəməsi Niderland Azərbaycan-Türk Mədəni Dərnəyinin rəhbəri İlhan Aşkının mühakimə edilməsi ilə bağlı məhkəmə qərarını təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, İlhan Aşkın hələ 2014-cü ildə Almelo şəhərində qondarma “erməni soyqırımı”na həsr edilmiş abidənin qoyulmasına qarşı etiraz mitinqində çıxış edərək Niderland hakimiyyət orqanlarının müvafiq qərarını və Azərbaycana qarşı erməni təcavüzünü kəskin şəkildə pisləmişdi. Bundan sonra ölkədəki erməni diasporunun iddiası ilə başlanan məhkəmə prosesi nəticəsində Aşkın milli ayrı-seçkiliyin təbliğ edilməsində ittiham edilmişdi.
Niderland Ali Məhkəməsi tərəfindən İlhan Aşkının 120 saatlıq məcburi işlərə məhkum edilməsi ilə bağlı qərarın təsdiqi Niderland məhkəmə sisteminin erməni tərəfinin tələblərinə əməl edərək ədalət prinsipini açıq-aydın pozmasının növbəti sübutudur. pizza hut
Telegram kanalımız