Niderland şahmatçısı Teymur Rəcəbovu qəhrəman adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Niderland şahmatçısı Teymur Rəcəbovu qəhrəman adlandırdı

İdman

04 Yanvar 2021 12:28 846


“Teymur Rəcəbovla Levon Aronyanın qarşılaşmasını səssiz izlədim. Hər şey yaxşı oldu”.

Yenisabah.az Apasport-a istinadla xəbər verir ki, bunu Niderland şahmatçısı Aniş Giri deyib.

“Airthings Masters” turnirində uğursuz çıxış edən qrossmeyster yarışın finalına biganə qalmayıb. O, Azərbaycan şahmatçısı Teymur Rəcəbovun həlledici görüşdə erməni Levon Aronyanı 2:0 (2,5:1,5, 2:1) üstələməsinə münasibət bildirib: “Bu qələbə Teymura Şahmat Çempionlar Turunun finalında oynamaq hüququ verdi. Onun üçün necə də yaxşı gün oldu. Bu mənim üçün əl və beynin işi idi. Qələbəsi münasibətilə Rəcəbovu təbrik edirəm. Bu, səylə çalışmağın və cavab zərbələrinin xəyallarınızı gerçəkləşdirməyə kömək etməsinin canlı sübutu idi. Motivasiyalı olun. Təşəkkürlər, qəhrəman. Teymur bu turnirdə emosiyalarını göstərmədi. Bu da onun üçün qələbə anlamına gəlirdi”. pizza

Qeyd edək ki, Giri turnirin birinci mərhələsində 12 şahmatçı arasında 11-ci olaraq mübarizəni dayandırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!