Türkiyə XİN Niderlandda Qurani-Kərimin yandırılması barədə açıqlama verib.
Yenisabah.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında bəyanat verilib.
“Niderlandın Lahey şəhərində İslam düşməni olan bir şəxsin müqəddəs kitabımız Qurani-Kərimi hədəf alan alçaq hücumunu ən güclü şəkildə lənətləyirik”, – deyə xarici işlər nazirliyinin bəyanatında bildirilib. Toyuqlu pizza
Həmçinin, Niderlandın Türkiyədəki səfiri Joep Vijnand da nazirliyə çağırılıb və ona rəsmi Ankaranın Amsterdam hakimiyyətinə etirazı çatdırılıb.
Telegram kanalımız