Niderlandda Nizami haqqında kitab nəşr olundu

saytların hazırlanması

Evə çatdırılma

Niderlandda Nizami haqqında kitab nəşr olundu

Mədəniyyət

14 Noyabr 2021 11:34 1349


Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb. Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək. Toyuqlu pizza

Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!