Nigar Camal şikayət etdiyi adamı bağışladı

saytların hazırlanması

Evə çatdırılma

Nigar Camal şikayət etdiyi adamı bağışladı

Şou

30 Mart 2024 11:53 316


Nigar Camal saxta hesabla bağlı instaqramın hekayə bölməsində paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, polisə şikayət etdiyini, daha sonra həmin şəxsi bağışladığını bildirib.

“Bir müddət öncə adıma açılmış fan hesabı ilə bağlı şikayət ünvanlamışdım. Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi məsələyə operativ yanaşdı. Həmin şəxs qısa zamanda tapıldı. Lakin sözügedən şəxsin ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq şikayətimi geri götürdüm və onu bağışladım. DİN başda olmaqla, BŞBPİ-yə və bütün heyətə təşəkkürümü bildirirəm”. pizza hut

Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs TikTok-da Nigarın adından fanatlarına mesaj yazıb, onlardan foto istəyib. Daha sonra isə onları şəkilləri ilə şantaj edib, pul istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!