Nigar Camalın avtomobilinə hücum olundu   - ANBAAN VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nigar Camalın avtomobilinə hücum olundu - ANBAAN VİDEO

Şou

26 Fevral 2023 23:35 2713


Azərbaycana 2011-ci ildə  "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücüm olunub.

Yenisabah.az xəbər verir ki, hadisə ötən gün saat 16:39 radələrində 28 may metrosuna yaxın ərazidəki yolda baş verib.

Belə ki, Nigar avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib. Sezar pizza

Daha sonra avtomobildən enən şəxs Nigarın avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.

Baş verən hadisə həm sosial şəbəkədə, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar Nigar Camalın avtomobilinə hücum edən şəxsi linç edərək, hüquq mühafizə orqanlarının bu məsələyə obyektiv yanaşmalarını istəyiblər.

/Yenilik.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!