Nigar Şabanova hərbçi nişanlısını təbrik etdi - “Üzü qara olsun...“

saytların hazırlanması

Evə çatdırılma

Nigar Şabanova hərbçi nişanlısını təbrik etdi - “Üzü qara olsun...“

Şou

05 Oktyabr 2021 16:50 7523


Əməkdar artist Nigar Şabanova XTQ hərbçisi olan nişanlısını təbrik edib.

Yenisabah.az xəbər verir ki, ifaçı Xəyyamın doğum gününü sosial şəbəkə hesabında təbrik edib.

Görüntüləri izləyiciləri ilə bölüşən xanəndə nişanlısının üzünü gizlədib: Toyuqlu pizza

"Düşmənin üzü həmişə qara olsun, sənin üzünü paylaşa bilmirəm. Bu gün xidmətdəsən, təəssüf ki, özəl gününü qeyd edə bilmədik. Özün demiş öncə vətən. Doğum günün mübarək, həyatımın nuru. Fəxrim, qürurum. Sənə can sağlığı, uzun ömür arzu edirəm. İşində uğurlar diləyirəm. Səni dünyaya gətirən ananın əllərindən öpürəm. Nə yaxşı ki, varımsan, xoş gəldin dünyaya və dünyama".

Qeyd edək ki, bir müddət öncə Nigar Şabanovanın nişan üzüyünü qaytarması haqqında xəbərlər yayılmışdı. Əməkdar artist bir dəfə evli olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!