Nigar Şabanova Rəqsanəyə söz atdı: “Keçmişini unudub kişi-kişi danışır“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Nigar Şabanova Rəqsanəyə söz atdı: “Keçmişini unudub kişi-kişi danışır“ - Video

Şou

06 May 2021 15:43 3754


“Danışanların keçmişinə, dünəninə baxırsan. Telefon qabağında kişi kimi danışırlar. Bunu da edənlər qadınlardı. Niyə edirsiniz bunu?”

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nigar Şabanova ARB telekanalında yayımlanan “Xəbər-Ətər” verilişində qonaq olarkən deyib. Ifaçı son vaxtlar gündəmi zəbt edən xanım müğənnilərin qalmaqalından danışıb:

"Bu gün hər kəsin problemi var. İnsanlar pulsuzluqdan, işsizlikdən əziyyət çəkir. Hər kəs sosial şəbəkəyə nəsə bir pozitivlik almaq üçün girir. Açan kimi bu xanımların qırışması çıxır qarşımıza. Niyə qırırsız bir-birinizi? İş orasındadır ki, işi pulu olanlar qırır bir-birini. Bunu edənlər sənət adamlarıdır. Bilirsiz ki, onsuz da özümüz öz adımızı pis, qalmaqallı çıxartmışıq. Danışanların keçmişinə, dünəninə baxırsan. Telefon qabağında kişi kimi danışırlar. Bunu da edənlər qadınlardı. Niyə edirsiniz bunu? Özünüzü gözdən salırsınız. Onlar elə bilir, dünəni unudub bu gün kiminsə ayıbını açıb kişi-kişi danışmaqla hamı bunları sevəcək. Hamı bilir ki, kimdən danışıram". Toyuqlu pizza

İfaçı ad çəkməsə də onun həmkarı Rəqsanə İsmayılovaya söz atdığı məlum olub.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!