Nigeriyada bazar faciəsi - Ölkə təlaş içində

saytların hazırlanması

Evə çatdırılma

Nigeriyada bazar faciəsi - Ölkə təlaş içində

Dünya

05 Yanvar 2026 20:16 488


Nigeriyanın Niger əyalətində yerləşən Kasuwan-Daji bazarı silahlı hücumun hədəfinə çevrilib. 

"Yeni Sabah" xəbər verir ki, yerli mənbələrin yaydığı xəbərlərə əsasən, insident nəticəsində azı 50 nəfər ölüb, bir neçə sakin naməlum silahlı şəxslər tərəfindən aparılıb. Hadisədən sonra bölgədə matəm mərasimləri keçirilib, yaralananlar isə tibb müəssisələrinə yerləşdirilib.

Ölkə prezidenti Bola Əhməd Tinubu baş verənləri sərt şəkildə pisləyib, hücumu törədənlərin tezliklə aşkarlanaraq məsuliyyətə cəlb olunması barədə göstəriş verib. Dövlət başçısı eyni zamanda təhlükəsizlik orqanlarına qaçırılan şəxslərin azad edilməsi üçün bütün imkanlardan istifadə olunmasını tapşırıb. pizza

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!