Nigeriyada hərbçilərin səhvi ucbatından 20 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Nigeriyada hərbçilərin səhvi ucbatından 20 nəfər öldü

Dünya

03 İyun 2025 00:22 369


Nigeriya hərbçiləri səhvən Maraya kəndini quldurlardan müdafiə edən yerli özünümüdafiə dəstəsinə zərbə endiriblər. Hadisə nəticəsində 20 sakin həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Guardian Nigeria" məlumat yayıb.

"Onlarla insanımız və bir neçə inəyimiz quldurlar tərəfindən əsir götürülüb. Onları xilas etmək üçün quldurları təqib edənlər isə qırıcı təyyarə ilə bombalanıblar", - yerli sakinlərdən biri qeyd edib. pizza sifarişi

Döyüş təyyarəsi pilotunun kəndliləri quldurlarla səhv salaraq zərbə endirdiyi bildirilir.

Nigeriya Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!