Nigeriyada vəba qurbanlarının sayı 2 141 nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Nigeriyada vəba qurbanlarının sayı 2 141 nəfərə çatdı

Dünya

08 Sentyabr 2021 09:12 837


Nigeriyada vəba epidemiyası qurbanlarının sayı 2 141 nəfərə çatıb.

Yenisabah.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi (NCDC) bildirib.

Vəba epidemiyası yanvarın əvvəlindən yayılmağa başlayıb. Epidemiya 23 ştatda, o cümlədən paytaxtda yayılıb. pizza mizza

Bu dövrdə ümumilikdə 65 145 nəfərdə vəba aşkarlanıb.

Ən çox yoluxma (10 343) Kano ştatında aşkarlanıb. Vəbadan ən çox ölüm Kasina ştatında qeydə alınıb. Həmin ştatda 150 insan vəbanın qurbanı olub.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin direktoru Çikve İxekveazunun sözlərinə görə, vəbaya yoluxanların 26 %-i 5-14 yaşlı uşaq və yeniyetmələrdir.

Hökumət əhalini şəxsi gigiyena qaydalara ciddi riayət etməyə çağıraraq, təhlükəli xəstəliyin yayılmasının qarşısının alınması üçün tədbirlər görür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!