Niki Minajın Səudiyyə Ərəbistanında baş tutacaq konserti ölkəni qarışdırdı

saytların hazırlanması

Evə çatdırılma

Niki Minajın Səudiyyə Ərəbistanında baş tutacaq konserti ölkəni qarışdırdı

Şou

04 İyul 2019 12:50 1196


Amerikalı reper Niki Minajın Səudiyyə Ərəbistanında baş tutacaq “Ciddə Dünya Festivalı” çərçivəsində səhnəyə çıxacağını açıqlaması ölkədə böyük qalmaqala səbəb olub. 

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Minajın açıq-saçıq geyimlərinin və replərində istifadə etdiyi nalayiq ifadələrin mühafizəkar bir ölkədə necə qarşılanacağı müzakirə mövzusu olub.

İyulun 18-də baş tutması gözlənilən konsert təkcə Səudiyyə Ərəbistanının mühafizəkar vətəndaşlarını yox, qadınları və LGBT tərəfdarlarını da narahat edib.  Səudiyyəlilər müğənni ilə yanaşı onu ölkəyə dəvət edənləri də sosial şəbəkələrdə tənqid atəşinə tutublar.  Onlar Məkkəyə yaxın ərazidə Minajın səhnəyə çıxmasını düzgün hesab etmədikləri bildiriblər.

Bəzi ərəbistanlı qadınlar ölkədə ikili standart tətbiq edildiyini diqqətə çatdırıblar:

“O, yanlarını oynadanda mənə “çarşaf geyin!” deyəcəksiniz?”.

LGBT tərəfdarları isə mövzuya fərqli aspektdən yanaşıb. Onlar müğənninin gey paradlarda səhnəyə çıxdığını xatırladaraq onun homoseksuallığı ölümlə cəzalandıran bir ölkədə səhnəyə çıxmağını ikiüzlülük olaraq dəyərləndiriblər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!