Nikol buranı azərbaycanlı qardaşlarımıza verir - Baqratyan

saytların hazırlanması

Evə çatdırılma

Nikol buranı azərbaycanlı qardaşlarımıza verir - Baqratyan

Siyasət

10 Dekabr 2024 08:58 551


Dünən İranın xarici işlər naziri hər şeyi bildiklərini açıqladı və İranın Ermənistandakı səfiri dedi ki, Ermənistana hücum olarsa, köməyə gələcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib.

“Söhbət Zəngəzur dəhlizindən gedir, inanıram ki, bu, Paşinyanın ideyasıdır. Yəni Paşinyan buranı türk-azərbaycanlı qardaşlarımızla bölüşmək qərarına gəlib. O, azərbaycanlıların burada yaşaması üçün danışıqlar aparır, ermənilərin getməsindən isə söhbət gedə bilməz, ona görə də Ermənistan hakimiyyətinin yerinə türk vassallarını görürük. İran varsa, hansısa təhlükəni zərərsizləşdirə bilərdik, ancaq indiki hökumət İranın müdaxiləsinə imkan verməyəcək”, - o iddia edib. Sezar pizza

Baqratyan deyib ki, azərbaycanlılar yalnız Zəngəzurla kifayətlənməyəcək, Bakının hədəfi Qərbi Azərbaycandır:

“Bu 2,8 milyon insan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə danışacaq şəxslər seçməli və onlardan neçəsinin kəndə, neçəsinin şəhərə gələcəyinə qərar verilməlidir. Yəni (Azərbaycan lideri) demir ki, sizi işğal edəcəyəm, deyir ki, gəlib orda yaşayacağıq. Ermənistan hökuməti də bunun tərəfdarıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!