Nikol Paşinyan: Ankara ilə daimi əlaqəmiz var

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyan: Ankara ilə daimi əlaqəmiz var

Dünya

05 Fevral 2025 11:18 191


İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib.

Ermənistanın baş naziri qeyd edib: "Əslində, Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, nümayəndələrimiz də daimi əlaqədədir, çox fəal işləyirik, nə etmək lazım olduğu barədə ümumi anlayış var". pizza hut

Paşinyan əlavə edib ki, real nəticələr əldə etmək üçün müəyyən yekun addımlar atılmalıdır: "Ümid edirik ki, nəticə çox tezliklə olacaq. Bu dialoqu davam etdirir və etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi fəal dialoqda olmayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!