Nikol Paşinyan öldürülə bilər   - Moldovalı ekspertdən proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyan öldürülə bilər - Moldovalı ekspertdən proqnoz

Rəsmi

17 Noyabr 2021 09:39 2854


"Nikol Paşinyan erməni ekstremistləri tərəfindən öldürülə bilər".

Yenisabah.az "Caliber"ə istinadla xəbər verir ki, bunu Effektiv Siyasət İnstitutunun (Moldova) direktor müavini Ruslan Şevçenko bildirib,

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin qısa zamanda açılmasının tərəfdarı olan Paşinyan öz vətəndaşlarını bunun zəruriliyinə inandırmaq üçün titanik səylər göstərməli olacaq. Pepperoni pizza

"Bu istiqamətdə kəskin addımlar və dəhlizin qəfil açılması indi Paşinyan üçün təhlükəli ola bilər. O, sadəcə olaraq öz ekstremistləri tərəfindən öldürülə bilər, çünki Ermənistan cəmiyyətində siyasi terror ənənəsi zəngindir və ən azı bir əsr yarımdır ki, mövcuddur. Daşnaksütyun kimi ekstremist partiyalar uzun illərdir Ermənistan parlamentində təmsil olunur və cəmiyyətə kifayət qədər ideoloji təsirini saxlayır. Noyabrın 10-da “xəyanətkar” müqavilənin imzalanmasına bir çox ölkələrdə erməni diasporunun son dərəcə ağrılı və düşmən münasibət göstərməsi də səbəbsiz deyil.

Ona görə də, Paşinyan müvafiq sənədləri imzalamağa cəsarət etsə belə, bu məsələnin tezliklə yekun həllinə ümid etmək olmaz. O, həmvətənlərini Ərdoğanla görüşünün mümkünlüyünə inandırmağa çalışır. Bu görüşün nə qədər tez baş tutacağı və hansı bəhrə verəcəyi daha çox Ermənistan sakinlərinin Paşinyanın bu planlarına münasibətindən asılı olacaq", - deyə Ruslan Şevçenko qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!