Nikol Paşinyanın Batumi macərası: Baş nazir yoxa çıxıb 

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyanın Batumi macərası: Baş nazir yoxa çıxıb 

Rəsmi

18 Sentyabr 2021 11:37 1338


Bir neçə gün əvvəl Nikol Paşinyan Batumi şəhərində başa çatan Gürcüstana rəsmi səfər edib və orada qəflətən yoxa çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

Ermənistan nəşri qeyd edir: pizza hut

“Gürcüstanın Baş naziri ilə Batumidə qeyri-rəsmi görüş olub.

Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiya siyasi dairələri tərəfindən birmənalı qarşılanmayıb. Amma indi söhbət bu haqda deyil.

Məsələ burasındadır ki, səfərin Batumi hissəsinin diqqətəlayiq detalları var.

Gürcü qaynaqlarımızın sözlərinə görə, həmin gün Paşinyan gözlənilmədən Batumidə təxminən 3-4 saat "yoxa çıxıb" və nə Gürcüstan tərəfi, nə də Baş nazirin protokol xidmətinin əməkdaşları onun harada olduğunu bilməyiblər. 

Bu zaman onu kim müşayiət edib və ya ümumiyyətlə, müşayiət olunubmu, - bunu öyrənə bilmədik.

Həmin saatlarda Nikol Paşinyanın harada olduğu naməlumdur.

Bu, qəribə olmasa da, artıq heyrətamiz bir fenomendir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!