“Nikolu güllələyənə bir milyon dollar mükafat verilməlidir“ -   Qarnik İsaqulyan

saytların hazırlanması

Evə çatdırılma

“Nikolu güllələyənə bir milyon dollar mükafat verilməlidir“ - Qarnik İsaqulyan

Dünya

25 Dekabr 2020 14:59 978


Ermənistanın “Milli Təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyana ittiham elan edilib.

Yenisabah.az xəbər verir ki, müxalif siyasətçi yalan məlumatlar yaymaqda, zorakılığa çağrışda və yaxud zorakılığın təbliğində ittiham olunur.

Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət qaldırılıb, lakin təmin olunmayıb, ilkin istintaq davam edir. Dördpendirli pizza

Məlumata görə, İsaqulyana qarşı hakim “Mənim addımım” fraksiyasının lideri Lilit Makuntsun da iddia qaldırıb. O, şərəf və ləyaqətinə dəyən zərərin ödənilməsini tələb edir. (Virtualaz.org)

Xatırladaq ki, İsaqulyan “Youtube”da yayılan videoda "Nikolu kim güllələsə, milli qəhrəman adına layiq görülməlidir və ya bir milyon dollar mükafat verilməlidir" çağrışını səsləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!