Nişan mərasimi edənlər saxlanıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nişan mərasimi edənlər saxlanıldı - Fotolar

Kriminal

04 İyul 2020 10:21 1039


İyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvvəllər məhkum olunmuş, Tahir Novruzov ilə danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər. Pepperoni pizza

15 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!