Nisə Qasımova bacısı və qardaşının toyuna niyə getməyib?

saytların hazırlanması

Evə çatdırılma

Nisə Qasımova bacısı və qardaşının toyuna niyə getməyib?

Şou

14 Fevral 2025 11:48 252


“1995-ci ilə kimi toylara getmirdim. İlk getdiyim toydan 40 min dollar və daha artıq qonorar almışdım. Həmin toyda isə cəmi 3-4 mahnı oxumuşdum. Məni “Gözləyəcəyəm”, “İstəyirəm görüm səni”, “Mənim dünyam” mahnılarıma görə məclisə dəvət etmişdilər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi ilk dəfə bacısı ilə qardaşının toyunda iştirak edə bilməməsinin səbəblərindən söz açıb: Dominos pizza

“Mənim icazəm yox idi haradasa görünməyə. Mən bacımın və qardaşımın toyuna getmədim. Rəhmətlik qardaşım Pərvizin toyunda iştirak edə bilmədim. Ailədə hamı bilirdi ki, Nisə Qasımova heç yerdə görsənməməli idi. Mən yalnız televiziyada, efirdə və konsertdə görsənə bilərdim. Elə də edirdim. Biləcəridə yaşayanda eyvanımın pəncərəsindən baxa bilmirdim. Bu gün gənc ifaçılar var ki, qaldığım o yerdə yaşayıblar, onlar bunlardan xəbərdardır. Onlar bunu bu gün də danışırlar. Söyləyirlər ki, Nisə gələndə biz blokun önünə qaçırdıq ki, onu görə bilək. Mən əsl kraliça həyatı yaşamışam”. (olay)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!