Nisyə mal alqı-satqısında   yeni QAYDALAR

saytların hazırlanması

Evə çatdırılma

Nisyə mal alqı-satqısında yeni QAYDALAR

Sosial

13 Aprel 2025 13:09 845


Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməklə bağlı məsuliyyətdən azad edilib.

İqtisadçı Eyyub Kərimli "Kredit büroları haqqında" Qanuna dəyişikliyin iki istiqamətdə təsirlərinin olacağını bildirir:

"Bu, kreditin süni formada şişirdilməsinin və ya artmasının qarşısını alacaq. Digər tərəfdən istehlakçılar kredit və bu cür məhsullardan istifadə edən zaman onların tarixçəsi kredit bürosuna təqdim edilmədikdə insanların kredit və ya nisyə aldıqları məhsulların uçotunun aparılmasına mənfi təsir göstərə bilər. Belə olan halda bankların kredit ayırmasına, vətəndaşın mükəlləfiyyətinin və ya öhdəliklərinin dəqiqləşdirilməsində müəyyən çətinliklər yarana bilər". Marqarita pizza

Qeyd edək ki, indiyə qədər bu öhdəlik təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda mövcud idi.

Ətraflı Baku TV-nin süjetində:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!