“Nitsa”nın futbolçusu özünü 100 metrlik hündürlükdən atmaq istədi

saytların hazırlanması

Evə çatdırılma

“Nitsa”nın futbolçusu özünü 100 metrlik hündürlükdən atmaq istədi

İdman

30 Sentyabr 2023 10:24 476


"Nitsa"nın yarımmüdafiəçisi Aleksis Beka-Beka intihara cəhd edib. 

Yenisabah.az "RMC Sport"a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Nitsa yaxınlığında yerləşən körpünün üzərində dayanaraq 100 metrdən çox hündürlükdən özünü atmaq istəyib. 

Hadisə yerinə müxtəlif təcili yardım xidmətləri, klubun psixoloqu göndərilib. Körpüdə nəqliyyatın hərəkəti kəsilib və nəticədə 5 kilometrlik tıxac yaranıb. pizza hut

Bir neçə saatlıq danışıqlardan sonra oyunçu körpüdən götürülüb. Futbolçu sağ-salamatdır və həyati təhlükəsi yoxdur. 

Fransa  mətbuatın yazdığına görə, Bek-Bekin bu cür hərəkətlərinə səbəb sevgilisindən ayrılması olub. Lakin futbolçunun nümayəndələri bu məlumatı təkzib edirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!