Müğənni Niyam Salami karantin günlərində işsizlikdən gileylənib.
Yenisabah.az xəbər verir ki, “Xəzər” televiziyasında yayımlanan “Ulduzlu yayım” proqramında qonaq olan ifaçı işsiz qalarsa gül satacağını bildirib:
“Odun da sataram, doğrayaram da. Kompleksim olsaydı, səhnədə olmazdım. 15 cangüdənlə gəzərdim. Bircə yalana kompleksim var. Gül calaqları edə bilərəm. Ən az dibçəkdə gül becərib sataram. Hamı 3 manata satır, mən də 2 manata satacam. Acından ölsəm, gül satacam. Bərbərlik bacarığım var". pizza mizza
Villasını nümayiş etdirən ifaçı onun təmirinin və dizaynının özünə məxsus olduğunu deyib.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız